Messi ilk oyunu buraxa bilər

21.11.2022 11:51 416
DÇ 2026
Argentina yığması dünya çemionatında ilk oyununa ciddi itki ilə çıxa bilər.

"Football-plus.az" xəbər verir ki, Lionel Messinin Səudiyyə Ərəbistanına qarşı oynamamaq ehtimalı var. PSJ-nin hücumçusu milli komandanın şənbə günü keçirilən məşqində yalnız 10 dəqiqə görünüb. Həm də topsuz məşq edib.

ESPN-in jurnalisti bunun 35 yaşlı futboçunun baldır əzələsində həddən artıq yüklənmə ilə bağlı olduğunu bildirib. C qrupunun Argentina - Səudiyyə Ərəbistanı oyunu noyabrın 22-də keçiriləcək.