• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqa klubları bukmekerlərin reklamından imtina etdi

Dünya futbolu

26-04-2023, 15:0

İngiltərə futbol ictimaiyyəti bukmeker şirkətlərinin reklamı ilə bağlı məsələdə hakimiyyət orqanlarıyla ticarəti davam etdirir. Hökumət 2020-ci ildən bu məsələ ilə fəal məşğul olur – baş nazirlərin dəyişməsinə baxmayaraq, kursdan geri çəkilməyib.

Boris Conson müzakirələrin əsasını qoyub

Bu məsələdə dəyişikliklərin əsas ideoloqu Böyük Britaniyanın sabiq baş naziri, türk əsilli Boris Consondu. İngiltərə Premyer-Liqasının (İPL) hələ ötən il titul sponsorlarından-bukmekerlərdən imtina ilə bağlı könüllü-məcburedici qərar verəcəyi gözlənilirdi, ancaq Consonun yerinə əvvəlcə Liz Trassın, ardından Rişi Şunakanın gəlişi klublarda qanun layihəsinin geri çəkiləcəyinə ümid yaratmışdı. Belə olmadı. Hakimiyyət orqanları qarşıdakı həftələrdə həmin qanun layihəsini dərc etməyə hazır idi, ancaq premyer-liqa rəhbərliyinə hökuməti qabaqlamağa imkan verdi. Yəni hökumət əvvəlcədən elan etmişdi ki, premyer-liqa bu qanunu könüllü şəkildə qəbil edərsə, futbolkalarda sponsorluq mövzusunda başqa məhdudiyyətləq qoyulmayacaq. Və İPL hökumətlə anlaşmanı pozmadı, bu məzmunlu kollektiv qərarı açıqladı: “Premyer-liqa futbolkaların ön hissəsində ehtiraslı oyunlarla bağlı sponsorluqdan imtina etməklə Böyük Britaniyada könüllü şəkildə belə addım atan ilk liqaya çevrilir”.
“The Times”dan olan həmkarımız Martin Siqlerin yaydığı xəbərə görə, 20 klubdan 18-i bu qərarın lehinə səs verib, daha ikisi bitərəf qalıb. Düzdü, burda da nüanslar var.

• Qadağa yalnız titul sponsorluğuna aiddi. Bukmekerlərin futbolkaların qolunda, tumanda, meydanın ətrafındakl bannerlərdə, stadionun monitorlarında, TV-də reklamı qüvvədə qalır. Tədqiqatlar göstərir ki, premyer-liqanın hər oyununda bukmekerlərin adı təxminən 500-700 dəfə kadra düşür.
• Qadağa yalnız 2025/26 mövsümünün sonundan qüvvəyə minəcək ki, klublar özünə yeni tərəfdaşlar tapa bilsin. Hələ ki qadağa 8 klubun – “Bornmut”, “Brentford”, “Everton”, “Lids”, “Sauthempton”, “Vest Hem”, “Fulhem” və “Nyukasl”ın maraqlarına toxunur. Yeri gəlmişkən, son iki klubun titul sponsoru ilə müqaviləsinin müddəti artıq bu yay bitir.

İPL-in bəyanatı bu qərarı yarımçıq sayan yeni qanunun tətəfdarlarını tam razı salmayıb. Futbolda ehtiraslı oyunların reklamına qarşı çıxan “The Big Step” şirkətinin yaradıcısı Ceyms Qraymsın fikri:

“Böyük addımdı, ancaq nəticə ideal deyil. Bukmeker şirkətlərinin loqotiplərinin formanın önündən başqa hissəyə köçürülməsi, bannerlərdə reklamın və liqaya sponsorluğun (EFL-in titul sponsoru “Sky Bet” şirkətidi – red.) davam etməsi bu məsələdə ardıcıllığın olmamasına işarədi. Hökumətin fəaliyyətsizliyi halında onlayn-kazino istənilən könüllü tədbirdən yan keçəcək və xidmətlərini futbol vasitəsi ilə satacaq”.


Məhz mərc şirkətləri hesabına sərvət toplayan “Brayton”un sahibi Toni Blum da premyer-liqa klublarının formasının önündə bukmekerlərin reklamını dəstəkləmir, ancaq izahatı da var: “Düşünmürəm ki, ehtiraslı oyunların futbolkada reklamı yaxşı haldı. Eyni zamanda, anlayıram ki, xüsusən də gəliri az olan liqalarda yarışan klublar üçün belə şirkətlər “nəfəslik” rolunu oynayır. Bu üzdən onlardan imtina etmək çətindi”.
Siyasətçilər hələ ki İPL-dən aşağı liqalara toxunmurlar. Bilirlər ki, belə addım əksər klubların maliyyə çətinliyi ilə üzləşməsinə səbəb olacaq. Özündə çempionşip, Liqa 1 və Liqa 2 klublarını birləşdirən EFL-in sədri Rik Parri hələ 2020-də islahat layihəsini tənqid etmişdi:

“İndi bizə lazım olan ən sonuncu addım belə qiymətli gəlir mənbəyinə qadağa qoyulması olardı. Bukmekerlərlə əməkdaşlığı dayandırsaq, onda hansı bazara üz tutacağıq?”


Bukmekerlər 20 il ərzində İngiltərə futbolunu “işğal edib”

İngiltərə futbolunun bukmekerlərin əsarətinə keçməsində platsdarm rolunu hələ 2002/03 mövsümündə “Betfair” ilə titul sponsorluğuna dair müqavilə bağlayan “Fulhem” oynayıb. Artıq 2016-cı ildə oyun biznesi ilə məşğul olan şirkətlər 20 klubdan 11-nin titul sponsoru idi, qalan klublar da bu və ya başqa şəkildə belə şirkətlərlə əməkdaşlıq edirdi (kimsə formanın qolunda yer ayırmışdı, kimsə stadionda və s. və i.a.).

Bu sənaye internetin inkişafı və Çinin yüksək ödəniş qabiliyyətli bazarı üzündən çiçəkləndi. Həmin ölkədə ehtiraslı oyunlar qadağan olunduğuna görə onlayn-bukmekerlər, kazinolar və başqa belə şirkətlər ənənəvi reklam yolu ilə müştərilərə “çata” bilmir. Ancaq bütün dünyanın leqal şəkildə baxdığı İngiltərə futbolu var. Adətən, belə şirkətlər Filippin kimi ölkələrdə qeydiyyatdan keçir, Böyük Britaniya bazarına qanuni şəkildə müdaxilə etmək üçün isə Men adası və ya Cəbəllütariqdə yaradılan ofşorlardan istifadə olunur. Premyer-liqanın cari mövsümündə bukmekerlərlə titul sponsorluğuna dair 8 müqavilə var ki, bu üzdən komandalar ildə 60 milyon funt qazanır. “Caytoo” monitorinq şirkətinə inansaq, premyer-liqa və çempionşip klublarının 77 faizi bukmekerlərlə əməkdaşlıq edir, “Mançester Siti”, “Nyukasl”, “Aston Villa” və “Haddersfild”in isə üç belə tərəfdaşı var.

İngiltərə ilə müqayisədə daha az pulun fırlandığı İtaliya (2019-dan) və İspaniya (2021-dən) çempionatları artıq bukmekerlərlə vidalaşmaq mərhələsini keçib. Odu ki, İPL-in də bu yükün altından çıxacağı dəqiqdi. Özü də İspaniya futbolunda hər şey daha sürətli və sərt oldu. Orda yalnız titul sponsorları yox, La Liqa və sequnda klubları ilə əməkdaşlıq edən istənilən bukmeker şirkətinin loqosu qadağa altına düşdü. Halbuki həmin qadağa qərarına qədər İspaniyanın ilk iki divizionunda yarışan 42 klubdan 34-nün bukmeker şirkətləri ilə müqaviləsi var idi. Nəticədə La Liqanın 6 komandası həmin mövsümə titul sponsoru olmadan başladı, maliyyə məsələsi elə mövsümün gedişində həll olundu. Göründüyü kimi, İngiltərədə bu məsələyə daha ölçülü-biçili yanaşırlar.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-10-2022, 16:0

Yeni baş nazir “Sauthempton” azarkeşidi

Aktual
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
“Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
“10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
“Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
Son xəbərlər
  • Bu gün, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Bu gün, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Bu gün, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Bu gün, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Bu gün, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
  • Bu gün, 16:30
    "Kəpəz"in sabiq qapıçısı "Şəfa"da
  • Bu gün, 16:25
    "Pafos" Murad Məmmədovun keçidini açıqladı
  • Bu gün, 15:53
    Parisi tərk edəcək
  • Bu gün, 14:55
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:37
    FİFA ABŞ-yə buraxılmayan hakimin pulunu ödəyəcək
  • Bu gün, 14:13
    Topuriyanın məğlubiyyətsizlik seriyası başa çatdı - Castin Qetji Ağ Evdə kəmərin sahibi oldu
  • Bu gün, 13:43
    Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
  • Bu gün, 13:22
    “Sabah” basketbol klubunda yeni təyinat
  • Bu gün, 12:51
    Avstraliya tarixində bir ilkə imza atdı
  • Bu gün, 12:20
    Arda Turan ilin məşqçisi seçildi
  • Bu gün, 11:59
    “Bizlə cinayətkarlar kimi davranırlar” - Seneqal və Özbəkistan yığmaları sərt yoxlamaya məruz qalıb
  • Bu gün, 11:28
    “Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
  • Bu gün, 10:57
    “Turan”da kütləvi ayrılıq
  • Bu gün, 10:26
    “Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
  • Bu gün, 10:00
    Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri
  • Dünən, 23:58
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • Dünən, 23:38
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:17
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:56
    Millimiz İspaniyaya uduzdu
  • Dünən, 22:35
    "Turan Tovuz" hazırlıqlara başladı
  • Dünən, 22:16
    Klopp dünya çempionatındakı bu yeniliyə görə FİFA-nı yıxıb-sürüdü
  • Dünən, 21:49
    "Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
  • Dünən, 21:22
    "Neftçi" çempion oldu
  • Dünən, 20:51
    Millimiz Avropa kubokunun finalında
  • Dünən, 20:39
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 20:20
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 19:59
    “Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
  • Dünən, 19:28
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 18:57
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    La Liqada yeni təyinat
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 269
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 261
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 226
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 212
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə