• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Holannın “Bavariya”ya keçidi niyə baş tutmadı? - ARAŞDIRMA

Dünya futbolu

25-04-2023, 18:0

Heç şübhəsiz, Erlinq Holannı cari mövsümün ən uğurlu transferi adlandırmaq olar.

"Football-plus.az" xəbər verir ki, ötən yay Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçən və bir çox rekordları alt-üst edən norveçli qoleador “Bavariya”nın dünən ÇL-də mübarizəni dayandırmasında da az rol oynamadı. Maraqlıdı ki, ötən yaya qədər onu heyətinə qatmaq istəyən klubların başında məhz elə “Bavariya” gəlirdi. Bəs bu transfer niyə baş tutmadı?

Münhen nəhəngi Əli aşından da oldu, Vəli aşından da...
Erlinqin 2,5 il Dortmund “Borussiya”sında oynadığını və orda da məhsuldarlıq baxımından xarüqələr yaratdığını nəzərə alsaq, adının “Bavariya” ilə hallanmaması qəribə olardı. Çünki Münhen nəhəngi son illərdə dəfələrlə “Borussiya”nın ulduzlarını özünə cəlb etməyi bacarıb. Amma nədənsə Holannın keçidini həll etmək mümkün olmadı. Təxminən 2 il öncə münhenlilərin bu futbolçuya maraq göstərməsi haqda xəbərlər ilk dəfə peyda olanda Karl-Haynts Rummenigge buna belə reaksiya vermişdi: “Bu xəbərlər hardan çıxır? Bu mövzu haqda heç nə bilmirəm. Yalnız onu deyə bilərəm ki, heyətimizdə Levandovski kimi dünyanın ən yaxşı mərkəz hücumçusu oynayır”.

2022-ci ilin yazında, yəni düz bir il əvvəl isə bu artıq Almaniyada ən çox müzakirə olunan mövzuya çevrilmişdi. Çünki Levandovskinin də “Bavariya”nın Holanna maraq göstərməsindən xəbəri var idi. Məşhur polşalı forvard Münhen klubundan incidiyi üçün menecerinə “Barselona” ilə danışıqlara başlamaq tapşırığı vermişdi. “Skay Sport” iddia edirdi ki, “Bavariya”nı ən çox düşündürən işin maliyyə tərəfi idi. Holannın transferi kluba çox böyük pullar bahasına başa gələcəkdi. Bununla belə, danışıqlar davam edirdi. “Bild”in versiyasına görə idman direktoru Hasan Salihamiciç evində Holannla görüşübmüş. Hətta norveçlinin bir neçə gün Münhendə yaşadığı da iddia olunmuşdu. Məsələni mümkün qədər uzatmağa çalışan “Bavariya” sonda, necə deyərər, Əli aşından da oldu, Vəli aşından da. Çünki həm Holann “Siti”yə qismət oldu, həm də Levandovski əldən çıxdı. Erlinqin Mançesterə yollanmasından bir müddət sonra Salihamiciç onunla görüşdüyünü etiraf etdi: “Bəli, onunla bir neçə dəfə söhbətimiz oldu və bu, sirr deyil. Bütün mümkün variantları müzakirə etdik. Amma sonda müxtəlif səbəblərə görə bu transferi bitirə bilmədik. Oyunçunu günahlandırmaq istəmirəm. O özü üçün düzgün fikirləşdiyi varianta üstünlük verdi”.

“Orda yazılan məbləği görəndə huşumu itirdim”
“Bavariya” ilə “Siti” arasındakı cavab oyunundan öncə “Kikker” bu olayı yenidən qabardaraq transferin baş tutmamasına aid yeni detallar açıqlayıb. Sən demə, söhbət 35 milyon avroluq illik maaşdan gedirmiş! Münhen klubunun rəhbərliyi Holanna məhz bu məbləği təklif etmək barədə ciddi düşünürmüş. Amma müqavilənin 5 illik müddətə nəzərdə tutulduğunu, üstəlik “Bavariya”nın “Borussiya”ya ən azı 75 milyon avro təzminat ödəməli olacağını nəzərə alanda, Holannın transferi kluba ümumilikdə 250 milyon avroya yaxın bir məbləğə başa gələcəkdi! Bu isə nə bundesliqa, nə də “Bavariya” üçün normal sayılacaqdı. Çünki Almaniya futbolunda bir oyunçuya bu cür pullar xərcləmirlər! İngiltərə mənbələrinin yazdığına görə, Holannın “Siti”də illik maaşı 22,5 milyon avrodu. “Bavariya”nın idarə heyətinin sədri Oliver Kan martın əvvəllərində “Ekip”ə verdiyi müsahibədə dolayı yolla da olsa, Holannın transferi qarşısındakı əsas maneənin məhz pul olduğunu etiraf etdi: “Bonusları və maaşı nəzərə aldıqda ümumilikdə bu keçid bizə çox baha başa gələcəkdi. Bizim öz fəlsəfəmiz var: nə qədər qazanırıqsa, o qədər də xərcləyirik. Bir futbolçuya böyük sərmayə qoymaq həmişə çox ciddi bir riskə girmək deməkdi. Biz klubun maliyyə sabitliyini təhlükə altına ata biləcək addımlardan həmişə çəkinirik. “Bavariya”nın borcu olmamalıdı və bu prinsipimizdən vaz keçməyəcəyik! Uzaq gələcək üçün bu durum hətta bizə əlavə üstünlüklər verir”. Dortmundluların baş məsləhətçisi vəzifəsini icra edən Mattias Zammerin isə bu məsələyə reaksiyası çox maraqlı alınmışdı: “Holann ilə “Bavariya” arasındakı transferdə qeyd olunan məbləği görəndə huşumu itirdim. Həyat yoldaşım məni silkələyərək ayıltdı. Məbləğ o qədər böyük idi ki, sayıb qutara bilmədim”. Holann özü isə bütün bu həngamədə ən çox Levandovskiyə görə üzgün idi: “Bavariya”nın mənimlə maraqlandığını ilk dəfə eşidəndə buna təəccübləndim. Axı onların Levandovski kimi oyunçusu var idi. Onun nə qədər qol vurduğunu və kluba nə qədər titul qazandırdığını bilmirəm. Amma Levanın yerinə çox üzüldüm. Çünki klubdan özünə qarşı layiq olduğu hörməti görmürdü. Digər tərəfdən bu vəziyyət onun yeni klub axtarmasına təkan verdi”.

Zaman göstərdi ki, “Bavariya” müasir futbolla ayaqlaşmamaqla və Holanna astronomik məbləğ xərcləməkdən imtina etməklə uduzan tərəf oldu! Erlinq bu dueldə “Siti”nin yox, “Bavariya”nın heyətində olsaydı, kim bilir, bəlkə də yarımfinalda “Real”ın rəqibi məhz münhenlilər olardı...

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-05-2022, 15:0

Holannın transfer xəbəri gələn həftə açıqlanacaq

Dünya futbolu

5-09-2022, 14:0

"Levandovskiyə yazığım gəldi" - Holann

Dünya futbolu

31-03-2022, 20:0

"Borussiya" Avropa nəhənglərinin təklifləri qarşısında acizdi

Aktual
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
Son xəbərlər
  • Bu gün, 01:50
    "Sabah" "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Dünən, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Dünən, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Dünən, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Dünən, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Dünən, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Dünən, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Dünən, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Dünən, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Dünən, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Dünən, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Dünən, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Dünən, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Dünən, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Dünən, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Dünən, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • 15-07-2026, 23:0
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • 15-07-2026, 23:0
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • 15-07-2026, 22:0
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • 15-07-2026, 21:0
    Yarımfinal oyununa çıxa biləcəklər?
Daha çox
Oxunub: 233
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 231
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 218
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 206
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə