"Borussiya" Avropa nəhənglərinin təklifləri qarşısında acizdi

31.03.2022 20:37 550
Dünya futbolu
Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoahim Vatske bəyan edib ki, başqa klublardan sərfəli təklif olarsa, Erlinq Holannı saxlaya bilməyəcəklər:

“Hələ ki oyunçunun özündən heç bir informasiya almamışıq. Ancaq bilirik ki, şərti “Mançester Siti”nin maliyyə təklifini təkrarlamaq imkanımız yoxdu. Levandovski “Bavariya”ya, Obameyanq “Arsenal”a keçəndə də belə olmuşdu”.


2020-nin yanvarından “Borussiya” forması geyən norveçli cari mövsümdə 23 qol vurub, 6 məhsuldar ötürmə verib (23 oyunda). Transfermarkt.com 21 yaşlı ulduza 150 milyon avro qiymət qoyub. Onunla MS, “Barsa” və “Real”ın maraqlanması haqda xəbərlər gəzir.