“Real” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, Madrid klubu “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa ilə danışıq aparır. Yerli mənbələr klubların bu transferlə bağlı prinsipial razılığa gəldiyini xəbər verib. “Real”ın bu keçid üçün 40 milyon avro ödəyəcəyi də iddia olunur.
Qeyd edək ki, Qabriel “Selta”nın yetirməsidi. İspaniya U-21 millisinin üzvü bu mövsüm viqoluların heyətində 32 rəsmi matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.