• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletiko” ildə 42 milyon avro ödəyən sponsorunu itirə bilər - TƏHLİL

Dünya futbolu

25-02-2023, 23:0

Cari mövsüm “Atletiko” üçün heç də uğurlu keçmir.

Madrid nəhəngi ÇL-də mübarizəni dayandırıb, ölkə kubokunu qazanmaq şansını itirib. İndi isə maliyyə problemi ilə üzləşmək təhlükəsi yaşayır. Gələn mövsüm, çox güman, “hindular” yeni sponsora ehtiyac duyacaq.

Nə baş verib?

“WhaleFin” kriptovalyuta birjası gəlirlərinin kəskin azalması üzündən “Atletiko” ilə müqaviləni pozmaq istəyir. Bununla bağlı söhbətlər hələ 2022-nin sonundan başlayıb – onda “Binance” və “Coinbase” ilə yanaşı, dünyanın ən nəhəng birjalarından sayılan FTX gözlənilmədən çökdü. “WhaleFin” məşhur “Amber Group” platformasına məxsusdu. Bu platforma investisiya və ticarət də daxil olmaqla rəqəmsal aktivlər sahəsində geniş xidmətlər göstərir. Və “Amber Group” da böyük itki ilə üzləşib, onun ticarət kapitalının 10 faizi FTX-də qorunurdu.

“Atletiko” “WhaleFin” ilə 2022-nin yayında müqavilə bağlayıb – 5 illik müqaviləyə əsasən klub hər il 42 milyon avro alır. “Çelsi” də bu şirkətlə əməkdaşlıq edirdi, sadəcə, “WhaleFin” loqotipi yalnız formanın qolunda görünürdü (“Atletiko”nun isə titul sponsorudu). Londonlularla 23 milyonluq müqavilə artıq pozulub. Səbəb isə eynidi: FTX-nin iflası və kriptovalyuta bazarında ümumi eniş.

“Atletiko” məhkəmə haqda düşünür

Əlbəttə, “Atletiko” müqavilə üzrə kluba çatmalı olan məbləğin hamısını (5 il ərzində 200 milyondan artıq) tələb edə bilər, ancaq məhkəmə yolu heç də perspektivli görünmür. “Mundo Deportivo”nun xəbərinə görə, klubun “WhaleFin” ilə sponsorluq müqaviləsində kriptovalyuta bazarında eniş təqdirində əməkdaşlığın pozulmasını nəzərdə tutan bənd var. İstənilən halda “Atletiko” artıq fəal şəkildə 2023/24 mövsümü üçün yeni sponsor axtarışına başlayıb.

Bəs klubun maliyyə durumu necədi? Yayda klub prezidenti Enrike Sereso bildirmişdi ki, hesabları balanslaşdırmaq üçün ona 40 milyon avro lazımdı. Ancaq “Atletiko” bunu yalnız qışda bacardı – Mateus Kunyanı “Vulverhempton”a satmaqla. İspaniya klubu bu transferdən 50 milyon avro qazandı. Bu məbləğin üzərində Joao Felişin “Çelsi”yə icarəyə verilməsindən gələn pulu da əlavə edək – 11 milyon avro, üstəlik portuqaliyalının 6 milyon avroluq maaşını – bunu da İngiltərə klubu öz üzərinə götürüb.

Bütün bu addımlar “Atletiko”ya yardım edir, hərçənd ispaniyalı jurnalist Pedro Morata bildirir ki, klubun daha 28 milyon avroya ehtiyacı var.

Kriptobirjalar ənənəvi sponsorları idmandan sıxışdırır?

Daha bir maraqlı məqam var. “WhaleFin”in üzləşdiyi problemlərə baxmayaraq, kriptobirjalar artıq ənənəvi sponsorları idmandan uzaqlaşdırır. Kriptobirjalar idmanla birbaşa bağlı olmasalar da, nəhəng sponsorluq müqavilələri sayəsində idman sənayesinin önəmli hissəsinə çevrilməkdədilər.

2021-ci ilin noyabrında “Crypto.com” kriptobirjası “Leykers”lə “Klippers”in ev oyunlarını keçirdiyi “Steypls Sentr”ın 20 il ərzində “Crypto.com Arena” adlanması üçün 700 milyon dollar (ilə 35 milyon) ödədi. Müqayisə üçün deyək ki, dəftərxana məhsullarının istehsalı üzrə məşhurlaşan “Staples” şirkəti 1999-cu ildə 20 illiyə stadionun ad hüququna yiyələnmək üçün 115 milyon ödəmişdi.

“Crypto.com” bununla da kifayətlənmədi: UFC ilə 10 illik tərəfdaşlığa görə 175 milyon, “Formula-1” ilə 5 illik əməkdaşlığa görə 100 milyon ödədi. Hələ PSJ ilə 3 illik və 34 milyonluq, MBA klublarından “Filadelfiya 76” ilə 6 illik və 60 milyonluq müqavilələr də var.

Yuxarıda çökməsi haqda danışdığımız FTX-nin MLB, “Mayami Hit” (19 ilə 135 milyon), “Qolden Steyt”, “Vaşinqton Uizards”, “Formula-1” komandalarından “Mersedes”, ulduzlardan Stefen Karri və Tom Breydi ilə anlaşması var. “Coinbase” MBA, “Bruklin Nets” və Kevin Dürant ilə əməkdaşlıq edir.
Kriptobirjaların tədricən ənənəvi sponsorları idmandan uzaqlaşdırmasının müəyyən səbəbləri var:

• Kriptobirjalar yeni müştərilər axtarır, idmanda isə kriptovalyutaya maraq böyükdü;
• Kriprobirjalar etimadsızlıqdan əziyyət çəkir, idman isə sadiqlik mənbələrindən biridi.
“Voyager” kriptobirjasının (“Dallas Maveriks”ə, NASCAR pilotu Lendon Kessilə və ABŞ-ın qadınlar arasında futbol çempionatına sponsorluq edir) baş direktoru Stiv Erlix də bu fikirləri əsas gətirir: “Tədiqatlarımız göstərir ki, kriptovalyuta həvəskarları ilə idman azarkeşləri arasında kəsişən nöqtələr çoxdu. Düşünürəm ki, məhz bu üzdən getdikcə daha çox kriptoşirkət idman sahəsinə adlayır”.

“Latiso”nun marketinq və sponsorluq üzrə direktoru Marko Kaniciani isə ikinci baxşı bucağını müdafiə edir:

“Kripto mürəkkəb dünyadı. Ancaq indi klublara investisiya qoymaq baxımından ən möhkəm sektora çevrilib. Onlar bazara etimad yaratmaq istəyirlər, idman isə auditoriyaya belə siqnallar verir. Son illərdə Avropada sponsorlar ona görə futbol klublarına yönəlirlər ki, idman vasitəsi ilə auditoriyanı anlamaq və seqmentlərə ayırmaq asandı. İtaliyada bukmeker kontorlarının futbol klublarına sponsorluq etməsi yasaqdı, bu üzdən indi əsas sponsorlar kriptovalyuta şirkətləridi”.

İtaliyada da kriptobirgalar, blokçeyn-platformalar və kriptovalyuta istehsalçıları ilə əməkdaşlıq geniş yayılıb. A seriyası “Crypto.com”, “Yuventus” “Bitget”, “Latiso” “Binance”, “İnter” və “Roma” “Digitabits”, “Milan” “Bitmex”, “Atalanta” “Plus 500”, “Napoli” “Floki Inu”, “Fiorentina” “Genuino”, “Bolonya”, “Sassuolo”, “Udineze”, “Kalyari”, “Cenoa”, “Sampdoriya”, “Spetsiya”, “Verona” və “Salernitana” isə “eToro” ilə müqavilə bağlayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-07-2022, 10:0

“Atletiko”nun stadionunun adı dəyişdi

Dünya futbolu

13-10-2022, 18:0

Qrizmannın “Atletiko”ya transferinin maliyyə detalları açıqlandı

Dünya futbolu

16-06-2022, 19:0

“Atletiko”nun stadionunun adı dəyişəcək

Dünya futbolu

11-10-2022, 18:0

Qrizmann artıq “Atletiko”ya məxsusdu

Dünya futbolu

31-03-2022, 14:0

"Atletiko": Biri gəlir, digəri gedir

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Bu gün, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 195
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 185
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə