“Atletiko”nun ev oyunlarını keçirdiyi stadionunun adı dəyişib. İspaniya klubu bir müddət əvvəl “Wanda Group” ilə əməkdaşlığın müddətini artırmamaq qərarına gəlmişdi.
2017-ci ildə bağlanan müqaviləyə əsasən stadion “Vanda Metropolitano” adlanırdı. 5 illik sazişin müddəti bu ay sona çatıb. Qeyd edək ki, Çin konsorsiumu ilə müqavilə paytaxt klubuna hər il 50 milyon avro qazanc gətirirdi. Artıq “Atletiko”nun rəqiblərini qəbul etdiyi 68456 yerlik arenanın yeni adı açıqlanıb. Yenidənqurma işlərindən sonra 2017-ci il sentyabrın 16-da “Wanda Metropolitano” adı altında istismara verilən idman qurğusu yeni sponsor ilə müqaviləyə əsasən “Civitas Metropolitano” adlandırılıb. Madrid klubunun yeni tərəfdaşı “Civitas Pacensis” adlı daşınmaz əmlak agentliyi olub.