• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yaşamaq uğrunda mübarizə?! - KÖŞƏ

Yazarlar

4-02-2023, 22:0

Hadisələrin axarını qabaqlamaq istəməzdim. Amma atalarımız demişkən, görünən dağ bələdçi istəməz. Elə bir az ağıllı tərpənmək yetərlidi ki, istiqaməti həmin dağa doğru tutub, yoluna davam edəsən. Misli premyer-liqasında vəziyyət də belədi. Hələ qış fasiləsinə qədər müəyyən nəticələrə gəlmək, kimin mövsümü hansı pillədə yekunlaşdıracağını proqnozlaşdırmaq mümkün idi.

Bizim klubların qış fasiləsində köklü dəyişikliklərə əl ata bilmədiyini, yaxşı transferlərlə vəziyyəti nəzərəçarpan dərəcədə dəyişməyi bacarmadığını çox görmüşük. Bu mənada geridə qoyduğumuz qış fasiləsi də ötən illərdəkindən fərqlənmədi. Bir sözlə, komandalar qışa qədər hansı vəziyyətdə idisə, qışdan sonra da elə davam edirlər. Cüzi fərqlənmələr ola bilər, amma prinsipcə qüvvələr nisbəti də, oyun keyfiyyəti də elə mövsümün ilk iki dövrəsində olduğu kimidi.

Qış fasiləsindən sonrakı iki tur da sözlərimin təsdiqidi. “Qarabağ”la “Sabah” yenə də qarşısına çıxanlara rəhm etmir. Qurban Qurbanovun komandası uzaq Tovuz səfərindən 3 xalla qayıtmağı bacardı. Özü də bu 3 xal “Turan Tovuz”un qapısına vurulan üç qol sayəsində qazanıldı. “Köhlən atlar” “Şamaxı”nı da 3 dəfə məyus etdi. Tovuzdakı qarşılaşmadan fərqli “Azərsun Arena”da “Qarabağ”ın üstünlüyü heç bir şübhə doğurmadı. Meydan sahibləri öz qapısında qol görəndə artıq hesab 3:0 idi.

Elə “Sabah” da oxşar qrafik cızır. Masazır təmsilçisi həm “Neftçi”, həm də “Qəbələ” ilə oyunlarda qələbəyə sevinib. “Qarabağ”dan fərqli “Sabah” bu görüşlərdə qapısını toxunulmaz saxlaya bilib. Bu “quru” seriya həm müdafiəçilərin, həm də qapıçı Yusif İmanovun inamlı oyunu sayəsində mümkün olub. “Neftçi” ilə görüşün hələ birinci hissəsində “Sabah” ağırlığını meydana qoymağı bacarmış, üstün oyun nümayiş etdirmişdi. Qəbələ səfərində isə rəqibin azlıqda qalması Murad Musayevin komandasının işini asanlaşdırdı. Bəli, Ruan Renato qırmızı vərəqə almasaydı, fərqli ssenari izləməyimiz mümkün idi. Amma keçmişə nəzərə salanda görürük ki, bu mövsüm keçirilən oyunların ikisində də “Sabah” “Qəbələ”dən üstün olub. Deməli, meydan sahibləri azlıqda qalmasaydı belə, “Sabah” sonda istədiyinə nail olacaqdı.

20-ci turda “Neftçi” qələbəyə sevinsə də, bu kluba könül verən azarkeşlər heç də nikbin deyil. “Ağ-qaralar” inamlı oynamır, heç bir rəqib önündə əzəmətli görünmür. “Zirə” üzərindəki qələbə də möhtəşəm alınmadı. Görünən odu ki, qarşıdakı turlarda da “Neftçi”nin bu cür irəli-geri ləngər vurması, azarkeşlərini gah sevindirib, gah da üzməsi davam edəcək. Bu nəticələrlə üçüncü pillədən yuxarı qalxmaq heç də real görünmür. Hazırkı qüvvələr nisbətində və sərgilənən oyunla “Neftçi”nin “Qarabağ”la “Sabah”ın mübarizəsinə müdaxilə etməsi mümkünsüzdü. Laurentsiu Regekampfın bəxti onda gətirib ki, “Neftçi”ni təqib edənlərin heç biri sabit oyun göstərmir. Nə “Zirə”, nə də “Qəbələ” bürünc medallar qazanmaq üçün yetərli gücə sahibdi. “Neftçi” “Zirə”ni 10, “Qəbələ”ni 15 xal qabaqlayır. Bu gedişlə fərqin qapanacağını ən nikbin ekspertlər belə proqnozlaşdırmağa ürək etməz.

Amma bütün bunlar o demək deyil ki, Azərbaycan çempionatında mübarizə bitib. “Yuxarılar”da hər şey böyük ölçüdə məlum olsa da, aşağı pillələrdə xeyli sıxlıqdı. Bu da onunla bağlıdı ki, “Turan Tovuz”dan başlamış “Kəpəz”ə qədər 5 klub arasında səviyyə fərqi elə də böyük deyil. Bir tur “Sumqayıt” “Turan Tovuz”u üstələyir, növbəti dəfə “Turan Tovuz” “Kəpəz”i. Beləcə bu komandalar bir-birini büdrədə-büdrədə turları, mövsümü yola verir. Yaxın keçmişin təcrübəsinə baxanda görürük ki, premyer-liqanı tərk edən komandanın olmaması aşağı pillələrdəki mübarizəni də mənasız edib. 8 komandanın yarışdığı çempionatda 5-ci ilə sonuncu pilləni tutmaq arasında heç bir fərq yox idi.

Bu ildən elitaya “Kəpəz”lə “Turan Tovuz” gətirilib və AFFA İcraiyyə Komitəsi əminliklə bəyan edib ki, mövsüm bitəndə son pillədə olan komanda premyer-liqanı tərk edəcək. Şəxsən mənim buna inanmağım gəlmir. Yeganə tərəddüd odu ki, AFFA-nın baş katibi Sərxan Hacıyev yeni il ərəfəsində verdiyi müsahibələrdə əminliklə bu qərarı təkrarladı, sonuncu pillənin sahibinin diviziona göndəriləcəyini dedi. AFFA qətiyyətli davransa, 10-cu pillədən qurtula bilməyən komandanın elitanı tərk etməsinin şahidi olacağıq. Bu da son illərin ənənəsinin pozulması deməkdi.

İkinci “beşlik”də qərarlaşan komandaların heç biri özünü rahat hiss edə bilməz. 6-cı sıradakı “Turan Tovuz”la sonuncu “Kəpəz”in arasında cəmi 4 xal fərq var. Qarşıdakı oyunların sayı isə 16-dı. Deməli, eynisəviyyəli rəqiblərin “yaşamaq uğrunda mübarizə”sindən çox şey gözləməyə dəyər. Bizə qalan bu mübarizəni maraqla izləməkdi. Ümid edək ki, həmin mübarizəyə kənardan müdaxilə olmayacaq və layiq olan elitadakı yerini qoruyacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-12-2022, 22:0

Qurban Qurbanov: “Komandada istər-istəməz fiziki və psixoloji yorğunluq olur“

Premyer-liqa / Manşet

11-10-2022, 21:0

Hüseyn Məhəmmədov: “Hələ bilmirik, mövsümün sonunda nə qərar veriləcək”

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 237
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə