• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Misli premyer-liqasında 8-ci turu da geridə qoyduq.

5 oyunda baş hakimlər ümumilikdə 18 dəfə futbolçuları sarı vərəq ilə cəzalandırdı. Bunlardan biri ikinci “sarı” ilə “qırmızı”ya çevrildi. Turun ən kobud komandaları “Kəpəz”lə “Səbail”di. Gəncəlilərin 4 oyunçusu “sarı” ilə cəzalanıb. “Səbail”in 3 futbolçusu sarı vərəqə ilə cəzalanıbsa, biri də ikinci “sarı” ilə meydandan qovulub. Turun ən intizamlı komandası isə “Turan Tovuz”du. Tovuzluların heç bir futbolçusu “Zirə” ilə matçda cəzalanmayıb. Reportyorlarımızın qeydlərinə keçid alaq.

Səbail – Qəbələ, FƏRİD HACIYEV

Referi görüşü ciddi səhvsiz idarə etdi. 43-cü dəqiqədə haqlı olaraq “Səbail”in futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldı. 49-cu dəqiqədə isə meydan sahiblərinin qapısı qarşısında “Qəbələ”nin müdafiəçisi Murad Musayevə qarşı qayda pozuldu. Baş hakim oyunu davam etdirsə də, VAR-a baxandan sonra 11 metrlik cərimə zərbəsi təyin etdi. Epizodun təkrarına baxanda da Fərid Hacıyevin qərarında haqlı olduğu görünür. Daha bir penalti isə “Qəbələ”nin qapısına təyin olundu. Futbolçular buna etiraz etsə də, təkrarda Renatonun Zakpaya qarşı qaydanı pozduğu görünür. Beləliklə, Hacıyev 8-ci turun açılış matçını ciddi səhvlər olmadan idarə etdi.

Şamaxı – Sabah, TURAL QURBANOV

Matç yetərincə aşağı tempdə keçdiyinə görə Tural Qurbanovun da nəticəyə təsir edən qərarları olmadı. Oyunu normal idarə edən baş hakim epizodlara yaxın idi. Vurulan yeganə qolda da mübahisə doğuracaq heç bir məqam yox idi.

Sumqayıt – Kəpəz, KAMAL UMUDLU

Turnir cədvəlinin alt sıralarında qərarlaşan iki komandanın oyununun ilk baxışdan gərgin keçəcəyi gözlənilsə də, Kamal Umudlunun üzərinə o qədər də böyük yük düşmədi. Baş hakim ilk hissənin sonunda “Sumqayıt”ın qapısına penalti təyin etdi ki, onun düzgün qərar verməsi heç kimdə şübhə doğurmadı. Umudlu premyer-liqa hakimləri arasında VAR-a ən çox müraciət edən, qərar vermək üçün çox fikirləşən referi kimi tanınsa da, “Kapital Bank Arena”da bunun heç biri yaşanmadı.

Turan Tovuz – Zirə, RAUF ALLAHVERDİYEV

Oyun qarşılıqlı hücumlar şəraitində keçdi və məhsuldar alındı. Bununla belə, Rauf Allahverdiyev səhv qərarlar vermədi. Üstəlik maksimum sürətli oyuna şərait yaratdı, boş yerə dayanmalar olmadı. 90 dəqiqə ərzində cəmi bir dəfə rəsmi xəbərdarlığa ehtiyac duydu. "Zirə"nin futbolçusu Sərtan Taşkına göstərdiyi sarı vərəqə haqlı idi.

Qarabağ – Neftçi, RƏVAN HƏMZƏZADƏ

Azərbaycan derbisinin maraqlı keçməsi hakimliyinin bir qədər arxa planda qalmasına səbəb oldu. Futbolçular bir-birinə qarşı kobud oynamırdı. Rəvan Həmzəzadə də epizodlara vaxtında müdaxilə edərək hadisələrin böyüməsinə imkan vermirdi. Sadəcə, "Qarabağ"ın 2-ci qolu zamanı Ataa Caberlə Kadi Borgesin yerdə qalması maraqlı məqam idi. Burda "Neftçi"nin legioneri qaydanı pozmuşdu. Həmzəzadə isə “üstünlük” prinsipini işə salıb, görüşü davam etdirdi. Qollar da qaydalar çərçivəsində vuruldu. Ümumiyyətlə, görüşdə idarəçilik baxımından nöqsan olmadı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

16-09-2022, 17:0

AFFA "Qarabağ"ın cəzasını açıqladı

Aktual
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Son xəbərlər
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • 18-07-2026, 23:0
    “Şamaxı”dan yeni transfer
  • 18-07-2026, 23:0
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • 18-07-2026, 22:0
    Roderik Miller hardadı?
  • 18-07-2026, 22:0
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • 18-07-2026, 22:0
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • 18-07-2026, 21:0
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • 18-07-2026, 21:0
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • 18-07-2026, 20:0
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 180
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 138
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə