• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emreli üçün göydəndüşmə fürsətlər - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

25-01-2023, 20:0

Bəli, futbol komanda oyunudu. Hansısa komandanın uğuru, yaxud da uğursuzluğu bir futbolçunun adına yazıla bilməz.

Uğur qazanmaq üçün meydandakı 11 nəfər vahid mexanizm kimi çalışmalı, hər kəs öz mövqeyində üzərinə düşəni etməlidi ki, komanda da uğur qazansın. Bu yazdıqlarım hamımıza məlum həqiqətlərdi, yenilik kəşf etmədiyimin fərqindəyəm. Amma hər bir işdə olduğu kimi, burda da müəyyən istisnalar var. Yetərincə nümunə var ki, fərdi keyfiyyətləri ilə seçilən futbolçu azarkeşlərin və məşqçilər korpusunun sevgisini qazanır. Bundan sonra da həmin futbolçunu komandanın lideri sayırlar. Hücumçudusa, o meydanda olanda rəqibin müdafiəçiləri daha çox həyəcan keçirir, rəqibin qapısı qarşısında tez-tez təhlükəli vəziyyətlər yaranır, qol vurmaq şansı yüksək dəyərləndirilir. Yaxud da həmin lider futbolçu qapıçı olanda onun komanda yoldaşları özlərini inamlı hiss edirlər. Belədə müdafiəçilər “çərçivə”nin etibarlı əllərdə olduğunu düşünərək daha da irəli gedir, rəqibə təzyiq göstərməklə ön xətt futbolçularına yardım göstərir.

Həmin futbolçular liderə bir gün, yaxud da bir oyun ərzində çevrilmirlər. Zəhmət çəkirlər, məşqlərdə can qoyurlar və bunun nəticəsini də həlledici qarşılaşmalarda görürlər. Futbol belə bir oyundu. Zamanını gözləməli, əlinə fürsət düşəndə onu qaçırmamalısan. Necə ki, gözümüzün ağı-qarası Mahir Emreli “Qarabağ”ı tərk edib, üzü qərbə doğru yönələndən sonra həmin o fürsəti axtarmaqdadı. Polşa “Legiya”sında ilk vaxtlar onun üçün əla keçirdi. Düşünürdük ki, həmyerlimiz Polşa çempionatına gözlədiyimizdən də tez uyğunlaşdı və ordan da yolu daha uzaqlara gedəcək. Təəssüf ki, “Legiya”nın oyunundakı eniş, qeydə alınan uğursuz nəticələr azarkeşlərin klub avtobusuna hücum edib, Mahirə fiziki təzyiq göstərməsiylə nəticələndi. Bundan sonra da özünü “himə bənd olan” kimi aparan Emreli Varşava klubunun düşərgəsini tərk etdi.

Sonrasını siz də bilirsiz. Mahir böyük ümidlərlə Zaqrebə, Xorvatiya futbolunun məşhur bayraqdarı “Dinamo”ya yollandı. O gündən bəri “Dinamo”da möhkəmlənməyə çalışır. Bəli, məhz çalışır. Təəssüf ki, bunu bacarmır. Nə Xorvatiya çempionatında, nə də Çempionlar Liqasında Emreli öz istedadını göstərib, “Dinamo”nun ayrılmaz parçasına çevrilməyə layiq olduğunu isbatlaya bilib. Məlum məsələdi ki, Zaqreb komandasının heyəti çox güclüdü. Bir azərbaycanlı futbolçunun orda özünü göstərməsi, əsas heyətdə özünə yer etməsi heç də asan deyil. Bəzən bizim azarkeşlərə elə gəlir ki, “Dinamo”nun baş məşqçisi Ante Çaçiç Mahirə qarşı qərəzlidi, ona yetərincə şans vermir. Bunun da nəticəsində futbolçu özünəinamını itirib, psixoloji gərginlikdən əziyyət çəkir və meydanda istədiyini edə bilmir. Mahirin xarakterinə az-çox bələdik. Bilirik ki, daim üzdə olmağı xoşlayır, əvəzedici statusuyla heç də barışmaq istəmir. Amma o da var ki, Avropanın qərbində əsas heyətdə yeri istəklə vermirlər, o yeri özün qazanmalısan, qoparmalısan. Hələ-hələ sən Azərbaycan kimi futbolunun imici yerlərdə sürünən bir ölkənin vətəndaşısansa...

Şənbə günü “Dinamo” doğma meydanda “Qoritsa”nı qəbul edirdi. Bu görüş ərəfəsində rəqiblər turnir cədvəlinin əks qütblərində qərarlaşmışdı. “Dinamo” turnir cədvəlinin şərikli lideri, “Qoritsa” isə sonuncu pillənin sahibi idi. Təxminlər belə idi ki, Mahirin komandası rəqibinin daşını daş üstə qoymayacaq, meydandan böyükhesablı qələbə ilə ayrılacaq. Amma təxminlər özünü doğrlutmadı. Təəssüf ki, belə zəif rəqiblə oyunda belə həmyerlimiz əsas heyətdə yer almamışdı. Halbuki baş məşqçi ona ilk dəqiqələrdən etimad göstərməklə özünü göstərmək, özünəinam qazanmaq şansı yarada bilərdi. Qarşılaşmanın son yarım saatında “Dinamo”nun baş məşqçisi Mahiri də “döyüşə atdı”. Düzdü, 90 dəqiqə ilə 30 dəqiqə eyni deyil. Futbolçu meydanda isinməyə macal tapmamış hakimin final fiti eşidilir. Bu mənada Mahiri qınamağın əleyhinəyəm. Lakin zəif rəqiblərlə görüşlərdə hətta bir dəqiqənin özü belə qənimətdi. O cümlədən də turnir cədvəlinin sonuncusu “Qoritsa” ilə oyundakı 30 dəqiqəni Mahir qənimət bilməli, dişi-dırnağı ilə olsa belə, rəqibin qapısına yol tapmalı idi.

Bəli, futbolda mütləq nəsə yoxdu. Yazının əvvəlində qeyd etdiyim kimi, komandanın oyunu heç də bütünlüklə bir nəfərdən asılı ola bilməz. Di gəl ki, indiki məqamda Mahir əlinə düşən hər fürsətdən yararlanmalı, vəziyyəti öz xeyrinə dəyişməliydi. “Qoritsa”yla oyundakı fürsət qaçdı. Özü də göydəndüşmə. Ümid edək ki, belə fürsətlər yenə olacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

7-10-2022, 11:0

"Futbolçular özlərini peşəkar və soyuqqanlı apardılar” - Qurban Qurbanov

Yazarlar

15-06-2022, 21:0

Sevinmək növbəsi bizdədi - KÖŞƏ

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 22:10
    Caz nazirliyi
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 184
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə