"İnter"in üzvü Dumfrisin dəyəri bəlli olub.
Football-plus.az xəbər verir ki, Milan təmsilçisi onu transfer etmək istəyən klubdan 48 milyon funt-sterlinq tələb edir. "Çelsi" İtaliya klubuna 31 milyon təklif etsə də, buna qəbul olunmayıb. Qram Potter Ris Ceymsin tez-tez zədələnməsindən naahatdı. Bu səbəbdən də Dumfrisin alınmasını rəhbərlikdən tələb etsə də, "İnter" futbolçunu qışda komandada saxlamağı düşünür.
Qeyd edək ki, niderlandlı bu mövsüm 23 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.