Ekvadorlu futbolçu üçün 65 milyonluq təklif

16.01.2023 18:12 237
Dünya futbolu
"Çelsi" "Brayton"un yarımmüdafiəçisi Moyses Kaysedo ilə maraqlanır.

Football-plus.az xəbər verir ki, bu məlumatı "CBS Sport"un jurnalisti Ben Ceykobs verib. İnformasiyaya görə, London klubu 21 yaşlı ekvadorlu futbolçu üçün 65 milyon funt-sterlinq ödəməyə hazırdı.

Futbolçunun çıxış etdiyi "Brayton" oyunçu üçün 75 milyon funt-sterlinq verən klubla qışda danışıqlara başlayacaq.

Qeyd edək ki, Kaysedo bu mövsüm komandasının heyətində 20 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.