• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rusiya Asiya futbol ailəsinə qoşulmaq istəyir

Dünya futbolu

27-12-2022, 22:0

“Futbol+”in ötən sayında xəbər verdiyimiz kimi, Rusiya Futbol İttifaqının (RFİ) İcraiyyə Komitəsi dekabrın 23-də UEFA-dan çıxmaq və Asiya Futbol Konfederasiyasına (AFK) üz tutmaq məsələsini müzakirəyə çıxarıb.

Ukrayna ərazisinin işğalı ilə bağlı hədəflərinə çata bilməyən, bütün dünyada təcavüzkar dövlət kimi qəbul olunan şimal qonşumuzun futbolla bağlı qeyri-müəyyənliyə bu şəkildə son qoymaq istəyi anlaşılandı. Hərçənd heç ruslar özləri də yolun sonunda onları işıq gözlədiyinə əmin deyillər. Bu gün diskussiyanın davam edəcəyi və son qərarın veriləcəyi gözlənilir. RFİ-nin prezidenti Aleksandr Dyukov həmkarlarımızın suallarını cavablayıb.

– Asiya Futbol Konfederasiyasına keçidlə bağlı vəziyyət necədi?
- Sözsüz, bu məsələ Rusiya futbolunun yaxın 10 ildə necə inkişaf edəcəyinə birbaşa təsir göstərəcək. Məsələni müzakirə etməyə başladıq, eyni zamanda bütün mümkün fəsadlarını və ssenariləri öyrənməyi də razılaşdırdıq. Çərşənbə axşamı müzakirəni davam etdirəcək və son qərarı verəcəyik. Futbolumuzu rəsmi turnirlərə qaytarmaqla bağlı “imkanlar pəncərəsi” var, AFK-yə keçid bizə bu imkanı yaradacaq. UEFA ilə münasibətlərimizə gəlincə... Fevralın 28-də bu qurumun bayrağı altında keçirilən yarışlarda iştirakımızın dayandırılmasıyla bağlı qərar verilib, ardından FİFA da eyni mövqeni tutub. Biz bunu ədalətsiz, siyasi xarakterli qərar sayırıq. İki istiqamət üzrə çalışmaq yolunu tutduq: bunlardan birincisi azarkeşlərimizi, futbolçularımızı İdman Arbitraj Məhkəməsində müdafiə etmək idi, ancaq apellyasiya şikayətimiz qəbul olunmadı. Hələ də şikayətin rədd olunmasının səbəbləri ilə bağlı sənəd almamışıq ki, sonrakı addımlarla bağlı qərar verək. İkinci yol kimi UEFA rəhbərliyi ilə bu sanksiyaların aradan qaldırmasına dair dialoqa və müzakirələrə başlamışıq. Hazırda durum belədi: UEFA qərara yenidən baxmaq üçün əsas görmür, siyasi şəraitin sabitləşməsini gözləyir. UEFA yeniyetmələrdən ibarət komandalarımızı beynəlxalq turnirlərə qaytarmağın mümkünlüyü ilə bağlı məsələni müzakirə etməyə hazırdı, ancaq bunun həqiqətən baş verəcəyinə heç bir təminat yoxdu. Bu birincisi. İkincisi, razılaşmışıq ki, mayda Volqaqradda UEFA-nın İnkişaf turniri keçirilsin. İştirakçılar sırasında Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan olacaq. Heç kim təminat verə bilməz ki, problemi bu yolla həll etmək mümkündü. Hazırda yarışlara dönüşümüz sual altındadı, tunelin sonunda işıq görünmür. Hansısa real perspektivlərdən danışırıqsa, konfederasiyanı dəyişmək və AFK-yə keçmək imkanımız var. Hazırda AFK bizi qəbul etməyə hazırdı. Başqa heç kim yazılı təminat vermədiyi halda, Asiya Futbol Konfederasiyası müracəitimizə baxacaq. Qəbul olunmaq ehtimalımız yetərincə yüksəkdi. Konfederasiya dəyişməyin FİFA-ya dəxli yoxdu. Ancaq yəqin ki, bu qurumun da razılığı tələb olunacaq. Asiyaya keçəcəyimiz təqdirdə FİFA-nın etiraz etməyəcəyini bilirik. Dekabrın 31-nə qədər qərar verməliyik ki, DÇ-2026-da iştirak şansımız olsun. Yox, indi bunu bacarmasaq, onda Rusiyanın iştirak edə biləcəyi növbəti rəsmi turnir 2027-də başlayacaq tsikl olacaq. Qərarın bir neçə gün ləngiməsi ona gətirib çıxaracaq ki, futbolumuz daha 4 il itirəcək. Klublar və sponsorlar arasında da sorğu keçirmişik, klubların böyük əksəriyyəti AFK-yə keçmək qərarını dəstəkləyir, kimsə buna söz-söhbətsiz razıdı, bəziləri “heç oynamamaqdan oynamaq yaxşıdı” prinisipinə söykənir. İndi çoxları anlamağa başlayır ki, böyük turnirlərdə iştirak etməmək gənc futbolçuların vətəndaşlığını dəyişməsinə səbəb ola bilər. Dostluq etdiyimiz ölkələrin futbol qurumları artıq oyunçularımızla anlaşmağa başlayırlar, bu da bizə ciddi zərbə olacaq.

– AFK-yə mümkün keçidlə bağlı şübhələr varmı?
- Diskussiya və polemika mühiti maraqlıdı. Ola bilsin, çərşənbə axşamı Asiyaya keçməməklə bağlı qərar verək.

- AFK-yə keçidlə bağlı planınız varmı?
- UEFA bayrağı altında keçirilən yarışlara dönməklə bağlı yol xəritəmiz var idi. Oynamasaq, bu, Rusiya futboluna möhkəm zərbə olacaq. Bir il oynamamaq başqadı, illərlə oynamamaq başqa.

- Asiyaya keçid legioner axınına səbəb ola bilərmi?
- Niyə? Vəziyyətin nəyi pis olacaq? Asiyalı futbolçular da Avropala oynayırlar.

- Sənədlərin hazırlanması, zəruri prosedurların həyata keçirilməsi üçün nə qədər vaxt lazımdı?
- Hələ ki keçidlə bağlı qərar verilməyib.

- İcraiyyə Komitəsinin iclasına UEFA-nın Nizamnaməsini gətirən Vyaçeslav Koloskovu (RFİ-nin fəxri prezidenti – red.) inandırmaq mümkün oldu? O, bir neçə gün əvvəl AFK-yə “kasıb konfederasiya” demişdi.
- Nə mənada inandırmaq? Diskussiyanın gedişində AFK-yə keçidlə bağlı sərt çıxış etmədi. Kasıb konfederasiya? Bu fikirlə razı deyiləm. BƏƏ, Çin, Hindistan – bunlar kasıbdı? Orda hər ölkənin iqtisadiyyatı tərəqqi edir, yerində sayan bir ölkə də yoxdu.

– UEFA Rusiyanı itirmək istəmir?
- Yeniyetmələrdən ibarət yığmalarımızın UEFA bayrağı altında keçirilən yarışlara dönüş imkanlarını öyrənməklə bağlı təklif bu qurumun göndərdiyi siqnaldı.

– Ritorikanıza baxsaq, Asiyaya keçidlə bağlı prinsipial qərar verilib. Çempionlar Liqasının ab-havası ilə böyüyən, “Real”da oynamağı arzulayan rusiyalı futbolçuların həmişəlik bu arzu ilə vidalaşması təhlükəsi yoxdu? Asiyaya yollanırıqsa, onda UEFA-ya yol həmişəlik bağlanır?
- Heç vaxt “heç vaxt” demə. UEFA-ya yolun həmişəlik qapanmasıyla bağlı fikirlə razılaşmıram. Hər oğlanın arzusu futbol oynamaqdı. O, rəsmi səviyyədə oynaya bilməsə, ümumiyyətlə, oynamaq arzusu itəcək. AFK-yə keçid çətin və birmənalı qiymətləndirilməyən qərardı. Bütün azarkeşlərimiz hətta Avropanın 3-cü eşelon klublarını da tanıyırlar. Orda gəlirlər də başqadı. Sözsüz, itkilər var, ancaq oynamaq hamıya vacibdi. Gözləmək olarmı? Sizlə biz nə qədər gözləməliyik?

- İngiltərə 5 il gözlədi?
- Bizə konkret müddət desəydilər, sorğu keçirər və soruşaqdıq ki, gözləməyə hazırıq, ya yox? Ancaq 10-15 il gözləmək lazım gəlsə, necə?!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-12-2022, 14:0

Gedəni zorla saxlamazlar!

Dünya futbolu

7-05-2022, 09:0

Avropadan qovuldular, Asiyaya can atırlar

Dünya futbolu

14-05-2022, 14:0

Çeferin: “Ruslar 100 il geri düşəcəklər”

Dünya futbolu

5-05-2022, 11:0

Rusiya UEFA-dan ayrılır

Dünya futbolu

15-12-2022, 18:0

Səudiyyə Ərəbistanı yeganə namizəd oldu

Dünya futbolu

22-03-2022, 10:0

Əslən azərbaycanlı futbolçudan Rusiya klublarına şok təklif - Aleksandr Səmədov

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Bu gün, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 194
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 185
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə