Avropadan qovuldular, Asiyaya can atırlar

7.05.2022 09:43 480
Dünya futbolu
Ukraynaya hərbi təcavüzə görə UEFA-nın ciddi sanksiyalarına məruz qalan, avrokuboklardan, Milllətlər Liqasından və bu qurumun bayrağı altında keçirilən bütün başqa yarışlardan qovulan Rusiya “orijinal” çıxış yolu tapıb.

Şimal qonşumuzun futbol ictimaiyyəti arasında get-gedə Asiyada çıxış etmək tərəfdarı olanların sayı artır. İmperializm xəyallarına əsir düşən bir xalqdan səhvlərini düzəltməyi yox, məhz elə bunu gözləmək olardı. Hər halda, müzakirələr artıq Rusiya Dövlət Dumasına da “ayaq açıb”. Deputat, idman komitəsinin üzvü Boris Paykinin fikirləri:

“Rusiyanın Asiya Futbol Konfederasiyasına keçməsi ilə bağlı qərar verilərsə, bu, Rusiya Futbol İttifaqının çevikliyindən və Rusiya futbolunu təcriddən çıxarmaq arzusundan xəbər verəcək. Turnirlərdə iştirak idmançılar üçün hədsiz vacibdi, onları tonusda saxlayır, yeni adların kəşfinə imkan yaradır. Odu ki, bunun doğru qərar olacağını düşünürəm. Bir halda ki artıq presedent var: İsrail vaxtilə oxşar səbəbdən Asiya Futbol Konfederasiyasından UEFA-ya keçib”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul