Səudiyyə Ərəbistanı yeganə namizəd oldu

15.12.2022 18:52 271
Dünya futbolu
Hindistan Futbol Federasiyası (HFF) bir müddət əvvəl Asiya Futbol Konfederasiyasına (AFK) ünvanladığı iddia ərzisəni geri götürüb.

Football-plus.az xəbər verir ki, HFF rəhbərliyi 2027-ci ilə təyin olunan Asiya Kubokunun təşkilatçılığı uğrunda mübarizədən imtina edib.

Nəticədə qitə çempionatına evsahibliyi etmək istəyən ölkələrin sayı birə enib. İndi Asiya Kuboku-2027-nin təşkilatçılığına Səudiyyə Ərəbistanı yeganə namizəddi. AFK bununla bağlı qərarını gələn ilin fevralında açıqlayacaq. İki aydan sonra təşkilatın konqresinin keçiriləcəyini də qeyd edək.