Rusiya UEFA-dan ayrılır

5.05.2022 11:55 649
Dünya futbolu
Rusiya UEFA-ya üzvlükdən ayrılmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, buna səbəb UEFA-nın Rusiyanın milli komandalarını və klublarını qurumun turnirlərindən kənarlaşdırmasıdır. Qitənin ali futbol qurumu Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanın klublarını növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıb. Rusiya millisi isə Millətlər Liqasından uzaqlaşdırılıb.

Verilən qərarlardan sonra Rusiyanın UEFA-dan ayrılmağa hazırlaşdığı və Asiya Futbol Konfederasiyasına qatılmaq üçün çalışmalara başladığı bildirilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul