"Santos" braziliyalı əfsanəvi futbolçu Peleyə jest edib.
Football-plus.az xəbər verir ki, klub yeni mövsümdə onun şərəfinə yenilənmiş emblemlə çıxış edəcək. Yeni loqoda qalxan və ulduzların üzərində tac yer alacaq. Bu işarə Pelenin futbolun kralı olduğunun göstəricisi olacaq.