"Qobustan"dan "Xan Lənkəran"a jest

4.05.2022 18:36 1 173
Günün xəbəri
AFFA İcraiyyə Komitəsinin qərarına əsasən "Xan Lənkəran" 1-ci diviziona buraxılmadı.

"Football-plus.az" xəbər verir ki, bundan sonra Lənkəran təmsilçisinin rəhbərliyi Prezident İlham Əliyevə müraciət ünvanladı. Məktubda klubun 1-ci divizionda iştirakının təmin olunması xahiş edilib və bunun əsasları göstərilib.

Region Liqasının digər iştirakçısı "Qobustan" isə Lənkəran klubuna maraqlı jest edib. Qobustan təmsilçisi 3 illik limitə görə birinci diviziona vəsiqə qazana bilməyən "Xan Lənkəran"a varislik verməyi təklif edib. Hazırda bu barədə danışıqlar gedir.