"Brayton"un yarımmüdafiəçisi Aleksis Mak Allister dünya çempionatındakı çıxışından sonra bir sıra top-klubların maraq dairəsinə düşüb.
Football-plus.az xəbər verir ki, buna baxmayaraq, "qağayılar" oyunçunu ən azı 2024-cü ilə qədər heyətində saxlamaq istəyir. Futbolçuya iddia edən klublardan biri də London “Çelsi”sidi. Bununla belə, "Brayton"un icraçı direktoru Pol Barberin yanvarda argentinalını satmaq fikrində deyil.