“Tottenhem” transferlərdən doymur

15.06.2022 18:57 495
Dünya futbolu
“Tottenhem” rəhbərliyi heyəti gücləndirməkdə davam edir.

İngiltərə klubu daha bir yeni futbolçunu transfer edib. London klubu “Brayton”dan İves Bissumanı transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Paytaxt klubu malili oyunçuya görə “Brayton”a 25 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək.

Xatırladaq ki, Bissuma Brayton”a 2018-ci ildə 17 milyon avroya “Lill”dən transfer olunmuşdu.