Luis Suares futbolçu həyatını Meksikada davam etdirə bilər. O, “Krus Asul” ilə danışıq aparır.
Bunu klubun prezidenti Viktor Velaskes İspaniyanın “As” nəşrinə açıqlamasında deyib:
“Sizin üçün yeni xəbərim yoxdu, amma Suareslə danışıq aparırıq. Onu komandaya gətirmək istəyirik. Sadəcə, səbrli olmaq lazımdı”.
35 yaşlı uruqvalı hücumçunun sonuncu iş yeri ölkəsinin “Nasyonal” klubu olub. Noyabrda bu klubdan ayrılan Luis indi azad agentdi. Onun daha əvvəl Avropada “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko”da oynadığını da xatırladaq.