Azad agent olan Luis Suares karyerasını Uruqvayda davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, 35 yaşlı hücumçu yetirməsi olduğu “Nasional”a qayıtmaq variantını nəzərdən keçirir. Bu barədə ispan jurnalist Rodri Vaskes məlumat yayıb.
Suares yaxın zamanda qərarını verəcək.
“Nasional”ın yetirməsi olan forvard 2006-cı ildə bu klubu tərk edib. Suaresin son ünvanı İspaniya “Atletiko”su olub.