Nəhayət, Luis Suaresin karyerasını harda davam etdirəcəyi məlum olub.
Təcrübəli futbolçu Argentinaya üz tutacaq. “Atletiko” ilə müqaviləsinin müddəti başa çatan hücumçu “River Pleyt”lə anlaşıb. ESPN-in məlumatında 35 yaşlı futbolçunun tezliklə Buenos Ayres klubu ilə müqavilə imzalayacağı bildirilir.
Suares indiyədək vətəni Uruqvayda “Nasyonal”ın, Avropada “Qroningen”, “Ayaks”, “Liverpul” və “Barselona”nın da formasını daşıyıb. O, son mövsümdə bütün turnirlərdə iştirak etdiyi 35 matçda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.