Mərakeşə oyun Pepe üçün ikiqat uğursuz alınıb.
Football-plus.az xəbər verir ki, 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandıran Portuqaliya millisinin oyunçusunun qolu sınıb.
1/4 final matçında Mərakeşə qarşı əvəzlənmədən oynayan 39 yaşlı müdafiəçi əzmkarlıq nümayiş etdirib. Pepe oyunu dirsək və sol qol sümüyünün sınığı ilə başa vurub.
Hər iki nahiyədəki sınıq Doha xəstəxanasında aparılan müayinələrdən sonra təsdiqlənib.