Pyer-Emerik Obameyanqın evinin qarət olunduğunu xəbər vermişdik.
"Football-plus.az" xəbər verir ki, “Çelsi”nın oyunçusunun çənəsi sınıb.
33 yaşlı hücumçu bir neçə gün əvvəl qarət hadisəsi zamanı oğrular tərfindən döyülmüşdü. “The Athletic” qəzetinin məlumatına görə, onun çənəsi ov tüfənginin qundağı ilə sındırılıb. Bu səbəbdən Pyer-Emerik azı bir ay futbol oynaya bilməyəcək.
Xatırladaq ki, cinayətkarlar futbolçunu və onun həyat yoldaşını odlu silahla hədələmişdilər. Son məlumatda onların evdən 700 min avro dəyərində qızıl-zinət əşyaları oğurladıqları qeyd edilir.