İspaniya DÇ-2022-in E qrupunun 3-cü turunda Yaponiyaya 1:2 hesabı ilə məğlub olub.
Football-plus.az xəbər verir ki, 2010-cu ildə keçirilən mundialın qalibi olan pireneylilər son 3 turnirdə cəmi 3 qələbə qazanıblar.
İspanlar 2014-cü ildə Avstraliyanı 3:0, 2018-də İranı 1:0, Qətərdə isə Kosta Rikanı 7:0 hesabı ilə məğlub edə bilib.