İsveç çempionluğundan çempionşipə yollandı

9.06.2022 17:16 229
Dünya futbolu
Yon-Dal Tomasson “Blekbern”in baş məşqçisi təyin olunub.

Danimarkalı mütəxəsis İngiltərə klubu ilə 3 illik müddətə anlaşıb. O, yeni mövsümdən çempionşip adlanan 2-ci divizionda çalışacaq. Tomassonun sonuncu iş yeri “Malmö” olub. Bu komandanı ardıcıl iki dəfə İsveç çempionluğuna daşıyan 45 yaşlı məşqçi daha əvvəl Niderlandda “Roda” və “Ekselsior”a başçılıq edib.