“ABŞ Niderlandı keçəcək” - sabiq MBA ulduzu

3.12.2022 12:12 308
DÇ 2026
ABŞ millisinin sabiq basketbolçusu Çarlz Barkli futbolla bağlı maraqlı açıqlama verib.

Football-plus.az xəbər verir ki, 1993-cü ildə MBA-nın ən dəyərli oyunçusu olan idmançı DÇ-2022-də ölkəsinin Niderlandı məğlub edəcəyini düşünür:

“Mərhələni keçəcəyik. Niderlandlıların arxalarını təpikləyəcəyik. Onların problemləri olacağını iddia edirəm. İspaniyanı, Braziliyanı, Fransanı istəyirəm. Fransızların Mbappe adlı möhtəşəm futbolçuları var. Onlarla zarafat etmirlər. Amma Niderlandı məğlub edəcəyik”.


Qeyd edək ki, DÇ-2022-in 1/8 finalında ABŞ Niderland millisi ilə üz-üzə gələcək.