• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Manşet / Yazarlar

1-12-2022, 16:0

Şənbə günü Şağan Olimpiya İdman Kompleksində yaşanan hadisə bütün ölkəni sarsıtdı. Bəlkə də Azərbaycan cüdosu iki ulduzunu itirdi – biri məzara, o biri məhbəsə getdi. Amma bu elə hadisədi ki, gündə ölkədə baş verən onlarla bıçaqlama və qətl ilə tərəzinin eyni gözünə qoyula bilməz.

Ən önəmli məqamlardan birini bəribaşdan vurğulayım: ölkə ərazisində keçirilən kütləvi mədəni-idman tədbirlərinin heç birində iştirakçılar, qonaqlar və azarkeşlər ciddi şəkildə yoxlanılmır, yəni sabah kimsə yarış salonuna qumbara və ya “avtomat” keçirib, onlarla insanı öldürsə, bir əlimiz olacaq, bir də qapaz vurmağa başımız. Belə özbaşınalığın və məsuliyyətsizliyin günahı birbaşa təşkilatçıların (indiki halda “Arifoğlu” cüdo klubunun), müvafiq idman növü üzrə federasiyanın, nəhayət, həm də Gənclər və İdman Nazirliyinin boynundadı. İşə piyada gəlib-getmək kimi kreativ çağırışlara qoşulmaqla yanaşı, arabir ölkə idmanındakı potensial təhlükə mənbələrini də aradan qaldırmaq lazımdı.

Faciə baş verəndən sonra mediada bu haqda yazılanlara və videolara imkan daxilində baxmağa çalışmışam. Düzünə qalsa, elə qətl günü, yəni noyabrın 26-da video artıq əldən-ələ gəzirdi və tanış məşqçinin telefonunda gördüyüm mənzərə qatilin – respublikanın əməkdar məşqçisi Elçin Səfixanovun oğlu Ruslanın hədsiz amansızlığı üzündən məni heyrətləndirmişdi. Özü də nə üstündə? Sadəcə, Turan Rüstəmov ayağını elə qoyub ki, Ruslan Səfixanov keçə bilməyib. Yenə bəlkə qatilə haqq qazandıranların “söyüş üstündə öldürüb” ifadəsi doğrulsaydı, mentallıq kölgəsində daldalanmaq olardı. Amma 20 yaşlı peşəkar idmançının – deyilənə görə, dünya ikincisi də olub – özündən 4 yaş kiçik, yenicə tatami üzərindəki mübarizədən ayrılıb dincələn uşağı belə amansızcasına, qəddarcasına deşik-deşik etməsinin heç bir izahı və bəraəti yoxdu. Bu qanı bəndə götürsə də, Allah götürməz!

Dünən haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilən qatilin atasının mediaya dedikləri də şəxsən mənə riyakarlıq və saxtakarlıq kimi göründü. Öz oğluna normal tərbiyə verə bilməyən, guya millətin övladlarına doğru yol göstərəcək ƏMƏKDAR MƏŞQÇİ iddia edir ki, Ruslan və dostları kolbasa yemək istəyib, belədə yaxınlıqdakı dükandan onu doğramaq üçün bıçaq alıb gətiriblər və qətl də həmin bıçaqla törədilib. Birincisi, 5 manatlıq kolbasaya görə 3 manatlıq bıçaq alırlarmı, məgər həmin kolbasanı dükanda doğratdırmaq olmazdımı? İkincisi, həqiqətən qatil və dostları kolbasa yeyiblərsə, Ruslanın hər hansı başqa niyyəti olmayıbsa, bıçağı niyə yedikləri yerdə saxlamayıb, cibinə qoyub, məgər 3 manatın acı idi? Üçüncüsü, dükanlarda düz tiyəli bıçaqlar satılır, yoxsa açılıb-yığılan? Düz tiyəli bıçaq alıbsa, bunu cibdə gəzdirirlərmi?

Ümumiyyətlə, bu qətllə bağlı sual və şübhə çoxdu. Təbii halda, anlama qabiliyyəti yerində olan 20 yaşlı gəncin belə qəddarlaşa biləcəyinə şəxsən mən inanmıram. Anlaqlı vəziyyətdə olan gənc özündən 4 yaş kiçik birisinin ürəyi ilə kifayətlənməyib, başını da deşik-deşik edə bilməz. Beləsi ya manyak olmalıdı, ya da spirtli içkinin və narkotik maddənin təsiri altında “xumarlanan” birisi. Ki, belə adamların da yolu idman salonundan düşə bilməz!
Videodan da açıq-aşkar görünür ki, mülki geyimli Ruslan əynində kimono olan Turana yaxınlaşır, bir anın içində sillələyir, qarşısındakı müqavimət göstərməyə çalışanda (hər birimiz 16 yaşı keçmişik, kim dost-tanış yanında belə sillələnməyi qüruruna sığışdırar ki?!) isə əlini bıçağa atır. Təbii ki, mənim hüquq elmi ilə yaxından-uzaqdan əlaqəm yoxdu, son vaxtlar özünü müstəntiq kimi aparan həmkarlarımın sayı çox olsa da, adi və sadə bir jurnalistəm. Amma bütün şəkli əlamətlərdən belə görünür ki, Ruslan həmin anda Turana məhz cəzalandırmaq niyyəti ilə yaxınlaşıb, yol verməmək söhbəti də kiminsə quramasıdı. Bəlkə də Ruslan Turanı öldürmək niyyətində olmayıb, sadəcə, yuxarıda vurğuladığım başqa vasitələrin təsiri altında özündən çıxaraq, belə amansız qətl törədib.

Elçin Səfixanovun müsahibəsindəki bir məqan da diqqətimi çəkdi: “Mənim də bir valideyn kimi arzularım var idi: oğlum akademiyada təhsil alırdı, sevinirdim ki, gələcəkdə güc strukturunda işləyəcək”. Çox təəssüf ki, bu tipli adamlar idmana məhz belə baxır: iki-üç il güləşirsən, az-çox nəticə göstərirsən və birbaşa güc strukturlarına, hüquq-mühafizə orqanlarına! Çox maraqlıdı ki, belələri asanlıqla, ildırım sürəti ilə poqon və rütbə yiyəsi də olur. Nümunələrin sayı-hesabı yoxdu ki, bunlardan da ölkədə hər kəs xəbərdardı.

Nəhayət, əməkdar məşqçinin bir sözünə də qulaq verək: “Çox istəyərəm, o ailə ilə görüşüm, amma indi bu mümkün deyil”. Elçin müəllim, bəy, hörmətli əməkdar məşqçi! Şəxsən mənim övladım və ya yaxınım belə amansız qətl törətsəydi, arzuları hələ indi-indi boy atan, bütün gələcəyi irəlidə olan, Yevlaxdan Bakıya valideynlərinə söz verdiyi medalın arxasınca gələn bir yeniyetməni qanına qəltan etsəydi, onun arxasından çəkilər, haqq etdiyi cəzanı çəkməsini istəyərdim. Yalnız o halda siz nakam Turanın məzarı önündə, xəcalətli də olsa, dayana, günahsız yeniyetmənin atası Zəkanın qapısını döyə bilərsiz. Hərçənd onun da belə qatili bağışlaması günah olardı.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

İdman

8-04-2022, 20:0

İlk yarış günü yekunlaşdı

İdman

30-11-2022, 17:0

Tennis üzrə ölkə kuboku keçiriləcək

İdman

9-06-2022, 13:0

Sabah cüdo üzrə Bakı çempionatı başlayır

İdman

18-03-2022, 23:0

Azərbaycan çempionatı start götürür

Aktual / Ölkə futbolu

10-03-2022, 14:0

Azarkeşlərdən COVİD pasportu tələb olunacaq - RƏSMİ AÇIQLAMA

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə