Ölkə ərazsində bəzi qadağalar götürülüb ki, onlardan biri də idmanla bağlıdı. Martın 6-dan bütün kütləvi, o cümlədən idman tədbirlərinin keçirilməsinə icazə verilib.
Görəsən, yumşalmadan sonra azarkeşlər futzal üzrə ölkə çempionatının oyunlarını tribunadan izləyə biləcək? Bu suala cavab tapmaq üçün Futzal Federasiyasının mövqeyini öyrənməyi lazım bildik. Qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov “Football-plus.az” saytına bunları söylədi:
“Kütləvi idman tədbirlərinin keçirilməsinə icazə verildiyindən azarkeşlərin futzal çempionatının oyunlarını canlı izləməsi də mümkün olacaq. Ancaq bir şərtlə ki, idman zallarına gələnlərin COVİD pasportu olsun. Bu tələb yerinə yetiriləcəyi halda istənilən şəxs tribunada əyləşə bilər. Tamaşaçıların sənədləri yoxlanılandan sonra idman sarayına keçmələrinə icazə veriləcək”.
RƏŞAD


