Mİllimiz Tacikistanla qarşılaşacaq

22.06.2026 15:54 18
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.

"Football-plus.az" xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18.30-da başlanması planlaşdırılır.