Bəs, klub bu yöndə ciddi problem yaşanmaması üçün hansısa tədbirlər görəcəkmi? Stadiona daha çox tərəfdarın cəlb olunması yönündə plan var?
Bu suallarla qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bu barədə düşünmək üçün zaman var. Bütün məqamların dəqiqləşməsini gözləyirik. Əlbəttə, müəyyən işlər görüləcək və hər biri haqda ictimaiyyətə məlumat veriləcək".
KƏNAN BAHADIR





