Sadio Maneni əvəzləyəcək oyunçunun adı məlum olub.
"Football-plus.az" xəbər verir ki, Seneqal yığmasının zədə üzündən dünya çempionatını buraxan hücumçusunun iştirak ərizəsindəki yerini Mussa Ndiaye tutub.
Maraqlıdı ki, baş məşqçi Aliu Sisse noyabrın 18-də əməliyyat olunan Manenin əvəzinə komandaya müdafiəçi cəlb etməyi lazım bilib.
“Anderlext”in 20 yaşlı oyunçusu Seneqal millisində məhz dünya çempionatında debüt edə bilər.