Maykl Olisenin bu yay “Real”a keçəcəyi ilə bağlı xəbər həqiqətəuyğun deyil.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Bavariya”nın futbolçusunun mümkün transferi ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Real” rəsmi açıqlama yayaraq fransalı futbolçu və ya onun nümayəndələri ilə heç bir əlaqənin olmadığını bəyan edib. “Real” bəyanatda eyni zamanda “Bavariya” ilə uzun illər qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətləri vurğulayaraq yayılan iddiaları həqiqətəuyğun olmayan fərziyyələr adlandırıb.