Sadio Manenin aqibəti müəyyənləşib.
Football-plus.az xəbər verir ki, Seneqal millisinin kapitanı dünya çempionatının ilk oyunlarını buraxacaq.
Bu məlumatı Seneqal Futbol Federasiyanın nümayəndəsi Abdulay Sou BBC-yə açıqlamasında verib. “Bavariya”nın hücumçusu noyabrın 21-də Niderland və noyabrın 25-də Qətərlə keçiriləcək oyunlarda komandasına kömək edə bilməyəcək. Sadio Almaniya çempionatının 14-cü turunun “Verder”lə matçında (6:1) zədələnmişdi.
Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.