Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Əməliyyatın uğurla keçdiyi bildirilib. 30 yaşlı yarımmüdafiəçinin bu səbəbdən Seneqal millisi ilə DÇ-2022-də oynaya bilməyəcəyi vurğulanıb.
Daha əvvəl də qeyd olunmuşdu ki, Mane mundialda ilk 2 oyunu buraxacaq.
Qeyd edək ki, Seneqal yığması noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq DÇ-2022-də Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.