Nəhayət, “Mançester Siti” öz meydanında məğlub olub.
İngiltərə çempionu “Brentford”a uduzub (1:2). Xosep Qvardiolanın komandası evdə son 21 oyunda ilk məğlubiyyətini alıb. MS “Etihad Stedium”da sonuncu dəfə fevralda “Tottenhem”ə uduzmuşdu (2:3). Komanda həmin matçdan sonra öz meydanında 18 qələbə qazanmış və 2 dəfə rəqibləri ilə heç-heçəyə razılaşmışdı.