Ançelottinin yerini tuta bilər

13.11.2022 13:50 337
Dünya futbolu
Joze Mourinyo yenidən “Real”ı çalışdıra bilər.

Bunu “La Repubblica” qəzeti ehtimal edir. İtaliya nəşri onun mövsümün sonunda karyerasını başa vuracağı halda Karlo Ançelottinin yerini tuta biləcəyini yazıb. Mourinyonun “Roma” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi.

İddiaya görə, “Real”ın prezidenti Florentino Peres komandanı 2010-13-cü illərdə çalışdıran Mourinyo ilə yenidən əməkdaşlıq etməkdə maraqlıdı.