• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəsul Şükürsoy Moldovada futbola yanaşmanı daha peşəkar sayır - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

4-11-2022, 22:0

Novruz Əzimovun baş məşqçisi olduğu "Dinamo-Avto" hazırda Moldova çempionatında sonuncu pillədə qərarlaşıb.

Bu üzdən klub rəhbərliyinin dəyişməsi gündəmdədi. Novruz bəy “Futbol+”ə açıqlamasında söylənilənləri şayiə adlandırmışdı. Ancaq əldə etdiyimiz məlumata görə, “Dinamo-Avto”nun idman direktoru Rəsul Şükürsoy artıq Azərbaycandadı. Olmaya Rəsul bəy Moldova klubunun rəhbərliyindən gedib? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən onunla əlaqə saxladıq.

- Söylənilənlərə inansaq, “Dinamo-Avto”dan ayrılmısız və artıq Bakıya dönmüsüz...
- Moldova təmsilçisindən ayrılmağım haqda xəbərlər dezinformasiyadı. “Dinamo-Avto”nu sahibi olduğum “Pelikan” idman klubu satın alıb. Klub satılacağı halda mən ordan ayrıla bilərəm. Bakıya gəlişim isə səhhətimdə yaranan problemlə bağlıdı. İdman, futbol stressli sahədi. Mənə isə bu arada həyəcanlanmaq olmaz. Ola bilsin, nəticə baxımından “Dinamo-Avto” bu gün istədiyimiz yerdə deyil. Ancaq təməl, struktur tərəflərini götürəndə, planlaşdırdıqlarımızı reallaşdıra bilirik.

- “Dinamo-Avto” hazırda 8 komandalı Moldova çempionatında sonuncu pillədə qərarlaşıb. Düzdü, komanda mövsümə mənfi xalla başlayıb. Buna baxmayaraq, hələ də qələbəyə həsrətdi. Uğursuz çıxışın kökündə nə durur?
- Əslində bu təcrübəni mən də birinci dəfə yaşadım. Əvvəlcədən bunu aşa biləcəyimizi düşünürdük. Amma hər futbolçu oyundan sonra turnir cədvəlinə baxır. İlk turda “Milsami” ilə səfərdə çox yaxşı oyun keçirdik. Rəqibdən üstün idik, xeyli qol vəziyyətimiz oldu. Təəssüf ki, matç qolsuz başa çatdı. Cəza səbəbindən həmin xal bizdən silindi və -5 ilə növbəti oyuna çıxdıq. Növbəti turda “Zimbru” ilə qarşılaşdıq. Yenə üstün tərəf “Dinamo-Avto” idi. Demək olar, təkqapı oynadıq. Ancaq matç heç-heçə yekunlaşdı. Və yenə 1 xal silindi. 3-cü matça artıq -4 xalla çıxdıq. Hesabımızdan xalların silinməsi ciddi sindrom halını almağa başladı. Futbolçuların gənc və təcrübəsiz olması özünü göstərdi. Türkiyə toplanışını yekunlaşdıranda hesabımızdan xalların silinəcəyi ilə bağlı söz-söhbət yox idi. Bizə bunu liqanın startına bir həftə qalmış dedilər. Artıq heç nə edə bilməzdik, reallıqla barışmalıydıq. Əslində bu mövsümü təcrübə kimi keçirəcəyimizi göz öününə almışdıq. Əsas hədəfimiz futbolçularımıza təcrübə qazandırmaq , infrastrukturu formalaşdırmaq, klubun köklərini və idarəciliyi möhkəmləndirmək, yeni klub kimi davamlılığı təmin etmək idi. Təbii ki, belə sürprizlə qarşılaşmağımız komandanı idman nəticələrindən uzaqlaşdırdı. Ümumi klub idarəçiliyi baxımından isə xeyli irəliləyişə nail olduq. Moldova futboluna bələd olduq, federasiya ilə münasibətlərimizi formalaşdırdıq, inkişaf etdirdik. Hazırda klubun yeni bazasının qurulması ilə bağlı planlar var ki, federasiya prezidenti ilə müzakirələr aparırıq. İlk addımlar atılıb. Təbii ki, bunlar işin gözə görünməyən tərəfidi. Görünən tərəf idman nəticələridi. Təəssüf ki, o da liqanın birinci fazasında istədiyimiz kimi olmadı.

- Moldova futbolu barədə ümumi məlumat verməyini istərdik. Klubların maliyyə durumu, infrastruktur necədi?
- Moldova futbolunda maddi durum ölkənin vəziyyəti ilə eynidi. Moldova ilə Azərbaycanı uzaqbaşı ərazi baxımından müqayisə edə bilərik. Təbii sərvətlər, resurslar baxımından bu iki respublika müqayisəolunmazdı. Heç bir limanı olmayan, ticarət potensialı aşağı olan bir ölkədi. Bütün bunlara baxmayaraq, futbola yanaşma daha peşəkardı. Federasiyada, klublarda çalışanlar futbol adamlarıdı. Klubların vəziyyətinə gəlincə, “Şerif”in imkanları başqalarından fərqlənir. Çünki Dnestryanı ərazinin sahiblərinin klubudu. Onların maddi resursları o birilərdən dəfələrlə çoxdu. UEFA-nın qərarına əsasən, “Şerif” Avroliqadakı oyunlarını Kişinyovda keçirmək məcburiyyətindədi. İnfrastruktur baxımından, sadəcə, “Zimbru”nun stadionu mərkəzi arena sayılır. Yığmalar da oyunlarını orda keçirir. İnfrastruktur baxımından Moldovada durum ürəkaçan deyil. Ölkədə beynəlxalq oyunları qəbul edəcək üç arena var ki, bunlar “Zimbru”, “Milsami” və “Petrokub”un ev oyunlarını keçirdiyi stadionlardı. Onu da qeyd edim ki, “Zimbru”dan başqa, adını çəkdiyim iki arena beynəlxalq görüşləri müəyyən mərhələyə kimi qəbul edə bilər. UEFA-nın məlum qərarını nəzərə alıb bizim də əsas hədəfimiz Tiraspolu tərk etmək, başqa şəhərə köçməkdi. Bir neçə variant var ki, onun üzərində düşünürük. Ünvanı dəyişib yeni infrastruktur qurmaq niyyətindəyik. Moldova klubları məqsədlərinə çatmaq üçün müəyyən büdcə formalaşdırır və bu çərçivədə, deyərdim ki, yaxşı işlər görür. Məsələn, maddi cəhətdən “Petrokub”u “Neftçi” ilə müqayisə etmək olmaz, ancaq bu komanda bakılılarla başabaş mübarizə apara bilər. Maddi imkanına görə “Milsami” ilə “Sabah” müqayisəolunmazdı. Ancaq potensial baxımından aralarında böyük fərq olmaz. Bu da futbola daha düzgün yanaşmadan irəli gəlir. Bizi qane edən cəhətlərdən biri də budu. Mən həmişə büdcənin lazımsız yerə xərclənməsinin əleyhinə olmuşam. Kiçik büdcə, xərclərin düzgün istiqamətə yönəlməsi əsas iş prinsipimizdi. Bu üzdən deyərdim ki, Moldovada yerimizi tapmışıq.

- Klubun sifariş ərizəsində 23 futbolçunun adı qeyd olunub ki, onlardan da 18-i legionerdi. Moldovada legioner limiti tətbiq olunmur?
- Moldovada legionerlərə limit tətbiq olunmur. İstədiyin qədər əcnəbi dəvət edə bilərsən. “Niyə bizdə legioner çoxdu” sualına gəlincə, bu, “Pelikan” agentliyinin toplanışlarının davamı kimi planlaşdırıb aldığımız klubdu. Toplanışlarda yetişdirdiyimiz futbolçuları Avropa klublarına göndərirdik. Bəzən onlarla aramızda anlaşılmazlıq yaşanırdı. Məsələn, futbolçunun potensialına əmin olursan, amma danışıq apardığın klubu buna inandıra bilmirsən. Belədə futbolçularımızı itirmək riski yaranırdı. İtirməmək üçün klubumuzun bazasında onlara şans veririk. Bizim toplanışlara qatılanların, demək olar, hamısı öz ölkələrinin yığmalarına namizəd futbolçulardı. Xüsusi istedad qrupuna aid olunur. Onların özlərini göstərməsi üçün platforma yaratmışıq. Bu platforma çərçivəsində həmin oyunçularla maraqlanan klublar və ya skautlar onları daha ciddi şəkildə izləyə bilir. Bəzən bizdən “Azərbycandan və ya başqa ölkələrdən futbolçu transfer edəcəksiz”, - deyə soruşurlar. Azərbaycanlı oyunçu olsa belə, mütləq bizim toplanışları keçməlidi. Həmin futbolçular oyun fəlsəfəmizi anlamalıdı. Peşəkar futbolun xüsusiyyətlərinə tam yiyələnənləri sıralarımıza qəbul edirik. Ukraynada düşərgəmiz var idi. Müharibə səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Ona görə də ordakı fəaliyyətimizi Moldovaya yönəltmişik. Türkiyədə də belə düşərgə var. Artıq moldovalı gəncləri də düşərgəyə cəlb etmişik. Onlar fərqli yaş qrupu üzrə yığmaların üzvləridi.

- Komanda hazırda sonuncu pillədə qərarlaşıb. Elitanı tərk edəcəyiniz halda planlaşdırdığınız layihələri necə reallaşdıracaqsız?
- Əlbəttə, elitanı tərk etmək ehtimalı var. Ancaq biz bu barədə düşünmürük. Reqlamentə əsasən, birinci dövrə bitəndən sonra ilk “6-lıq”dakı komandalar ayrılacaq və avrokuboklara vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq. Son iki yerdə qərarlaşan kollektivlər isə aşağı dəstənin 4 komandası ilə elitada qalmaq uğurunda yarışacaq. Hər şey sıfırdan başlayacaq. Fikrimcə, daha təcrübəli olduğumuzdan elitada yerimizi qoruya biləcəyik. Qışda Antalyada təlim-məşq toplanışı keçəcəyik. Artıq komandanı tərk edəcək və yeni gələcək futbolçuların da siyahısı hazırdı. Texniki heyət onların arasından seçim edəcək. Növbəti mövsümdə avrokuboklara vəsiqə qazana biləcək komanda formalaşdırmağa çalışırıq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-11-2022, 21:0

Moldova klubunun azərbaycanlı rəsmisi nöqtə qoydu - AÇIQLAMA

Dünya futbolu

1-10-2022, 19:0

Novruz Əzimovun komandası məğlub oldu

Dünya futbolu

17-10-2022, 16:0

Novruz Əzimovun komandası məğlub oldu

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 220
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə