Almaniya 3-cü liqasında 9-cu turun oyunları keçirilir.
Football-plus.az xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarov formasını geyindiyi “Erzgebirge” səfərdə "Münhen 1860" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Nazarov bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
"Ersgebirge" çempionatda 3 xalla sonuncudu.