Nazarov oynadı, komandası 1 xal qazandı

8.08.2022 10:09 389
Dünya futbolu
Futbol üzrə Almaniya 3-cü liqasında II turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Osnabryuk”la qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1.

Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Ersgebirge” 2 turdan sonra 2 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.