Nazarov oynadı, komandası məğlub oldu

11.08.2022 11:11 349
Dünya futbolu
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" Almaniya 3-cü liqasında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Aue təmsilçisi səfərdə "Manheym"lə qarşılaşıb. Görüş meydan sahiblərinin miminal hesablı qələbəsiylə başa çatıb - 1:0.

Nazarov bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

“Ersgebirge” 3 turdan sonra 2 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.