PSJ-nin iki zədəli oyunçusunun son durumu ilə bağlı xəbər yayılıb.
Keylor Navas və Anxel Di Mariya ümumi qrupda məşqə başlayıblar. “Ekip” qəzetinin məlumatına görə, qapıçı Navas bu gün Liqa 1-də keçiriləcək “Marsel”lə oyunun iştirak ərizəsinə daxil edilməyəcək. Yarımmüdafiəçi Di Mariyanın isə prinsipial oyunda iştirakı mümkündü.
PSJ - “Marsel” matçı 22.45-də başlayacaq. PSJ hazırda Fransa çempionatında 31 oyuna 71 xalla lider, “Marsel” isə 59 xalla 2-ci yerdədi.