Navas PSJ-dən ayrılır

12.08.2022 15:35 362
Dünya futbolu
PSJ-nin qapıçısı Keylor Navas klubunu dəyişmək üzrədi.

"Football-plus.az" xəbər verir ki, "Napoli" 35 yaşlı qolkiperi transfer etməyə yaxındır. Neapol təmsilçisi futbolçunun maaşı və qarşı tərəfə ödəyəcəyi təzminatla bağlı danışıqları yekunlaşdırmaq üzrədi.

Navas 2019-cu ilin yayından PSJ-də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 26 oyunda Paris klubunun qapısını qoruyub.