Mbaye Nyaqın işsiz günləri arxada qalıb.
"Football-plus.az" xəbər verir ki, o, bundan sonra “Oser”in formasını geyəcək. “Bordo”nu azad agent kimi tərk edən 27 yaşlı hücumçu yeni klubu ilə 2 illik müddətə anlaşıb. Mbaye əvvəllər “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn” və “Əl-Əhli”də çıxış edib.