Edinson Kavani özünə yeni komanda tapıb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”i azad agent kimi tərk edən uruqvaylı futbolçu Almaniyada oynayacaq. “Bild” qəzetinin yaydığı xəbərə görə, o, “Borussiya” ilə anlaşıb. 35 yaşlı hücumçu Dortmund klubunda əvvəlki iş yeri ilə müqayisədə az maaş alacaq. Xatırladaq ki, Edinsonun MY-dəki illik məvacibi təxminən 10 milyon avroya bərabər idi.