Nəhayət, Antuan Qrizmann İspaniya çempionatında qol vurub.
Fransalı futbolçu La Liqada dünən keçirilən “Xetafe” ilə oyunda 3:0 hesablı qələbədə son nöqtəni qoyub. O, bununla bu liqada 15 oyundan sonra qapıya yol tapıb. Xatırladaq ki, “Atletiko”nun hücumçusu La Liqada sonuncu qolunu 2021-ci il noyabrın 28-də “Kadis”ə vurmuşdu.