Nəhayət, bu mövsüm “Portu”nu Portuqaliyada məğlub edən tapılıb.
Komanda bazar ertəsi ölkə çempionatında “Braqa”ya 0:1 hesabı ilə uduzub. Bununla da “əjdahalar”ın primeyra liqadakı 58 oyunluq məğlubiyyətsiz seriya qırılıb. Serjio Konseysaonun çalışdırdığı komanda ölkə çempionatında sonuncu dəfə ilyarım əvvəl – 2020-ci il oktyabrın 30-da “Pasuş de Ferreyra”ya uduzmuşdu – 2:3. 58 oyunluq məğlubiyyətsiz seriyanın Portuqaliyanın yüksək liqası üçün rekord olduğunu qeyd edək.