Bu gün Azərbaycanın tanınmış idman saytlarından olan "İdmanxeber.az" üçün əlamətdar gündü.
Football-plus.az xəbər verir ki, 2013-cü ilin 13 avqustunda yaranan portal fəaliyyətinin 9 illiyini qeyd edir.
Xüsusi günlə bağlı saytın təsisçisi və baş redaktoru Saxavət Qurbanovla əlaqə saxladıq. Həmkarımızı təbrik edib, rəhbəri olduğu media qurumunun gələcək planları haqda məlumat əldə etməyə çalışdıq:
"9 il bundan öncə məhz bu gün sayt fəaliyyətə başladı. O zamanlar saytlar daha çox idi və bilirdik ki, bu sferada mübarizə aparmaq, burda sayılıb-seçilən olmaq çətin olacaq. Lakin o vaxt əməkdaşlarımızın sayəsində bu uğura imza ata bildik. Müəyyən dövrlərdə maddi sıxıntılar olsa da, bunun öhdəsindən gələ bildik. Məhz bu əzmkarlığın, istəyin fonunda saytın heç bir zaman fəaliyyətində fasilələr yaranmadı. Hər şeyin ən yaxşısıni etmək üçün maliyyə dayaqların çox və möhkəm olmalıdı. Biz də dostların, əməkdaşlarımızın sayəsində bunu reallaşdırmağa çalışırıq. Bundan sonra da "İdmanxeber.az" özəl materialları, idman aləmindəki ən son yeniliklər ilə oxucularının hüzuruna gələcək".