Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (International Sports Press Association, AIPS) rəsmi saytı Qurban Qurbanovun 50 illiyi ilə bağlı xəbəri manşetdə verib.
"Football-plus.az" saytının məlumatına görə, mənbədə, AİPS-in Azərbaycandakı rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyi Qurbanovu "Qarabağ"ın bazasında təbrik edib, ona futbolun inkişafında və Azərbaycanın beynəlxalq imicinin daha da yaxşılaşdırılmasında göstərdiyi xidmətlərə görə təşəkkür etdiyi qeyd edilib.
AİJA rəhbərlyinin Beynəlxalq Fair Play Komitəsinin prezidenti Jeno Komyutinin təbrik məktubunu yubilyara təqdim etməsi və 2022-ci il Dünya Fair Play mükafatı üçün müraciəti haqda da məlumat verilib.